Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Sentyabr 2007 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 13-də saat 09:30-da Füzuli rayonunun Aşağı Veysəlli kəndinin yaxınlığında yerləşən mövqelərdən;
- saat 15:45-dən 15:50-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 16:30-dan 17:00-dək Ağdam rayonunun Mərzili kəndinin yaxınlığında yerləşən mövqelərdən;
- sentyabrın 14-də saat 02:30-dan 03:00-dək Tərtər rayonunun Çaylı kəndinin yaxınlığında yerləşən mövqelərdən;
- saat 05:30-dan 06:00-dək Ağdam rayonunun Sarıcalı kəndinin yaxınlığında yerləşən mövqelərdən;
- saat 03:15-dən 04:00-dək və saat 08:00-dan 08:10-dək Ağdam rayonunun Cəvahirli kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.
Cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.