Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Sentyabr 2007 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 11-də saat 15:30-dan 16:00-dək Füzuli rayonunun Əbdürrəhmanlı kəndinin cənub-qərbində yerləşən mövqelərdən;
- saat 15:25-dən 16:30-dək Tərtər rayonunun Çiləbürt kəndinin şimal-qərbində yerləşən mövqelərdən;
- saat 17:10-dan 17:35-dək Xocavənd rayonunun Kuropatkino kəndinin şərqində yerləşən mövqelərdən;
- saat 17:55-dən 18:05-dək Ağdam rayonunun Mərzili kəndinin qərbində yerləşən mövqelərdən;
- saat 20:45-dən 21:10-dək Füzuli rayonunun Qaraxanbəyli kəndinin şimal-qərbində yerləşən mövqelərdən;
 - saat 20:30-dan sentyabrın 12-si saat 01:18-dək ara-sıra Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.
Cavab atəşilə düşmən susdurulmuşdur.
 İtki yoxdur.