Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Sentyabr 2007 00:00

Müdafiə Nazirliyinin məlumatı

 Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 9-da saat 19:45-də və saat 21:10-dan 21:30-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 21:15-də Xocavənd rayonunun Kuropatkino kəndinin yaxınlığında yerləşən mövqelərdən;
- saat 21:35-dən 21:45-dək Füzuli rayonunun Qaraxanbəyli kəndinin yaxınlığında yerləşən mövqelərdən;
- sentyabrın 10-da saat 03:00-dan 05:20-dək ara-sıra Ağdam rayonunun Yusifcanlı, Cəvahirli, Sarıcalı və Qaraqaşlı, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.
Sentyabrın 9-da saat 18:15-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini iriçaplı pulmyotlardan atəşə tutmuşlar.
Bütün hallarda cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.