AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 7-də saat 22:50-dən 23:55-dək Ağdam rayonunun Cəvahirli, Çıraqlı və Yusifcanlı, həmçinin Goranboy rayonunun Tapqa¬ra¬¬qoyunlu kəndlərinin yaxınlığındakı mövqelərindən Azərbaycan Silahlı Qüvvə-lərinin üz¬bə¬üz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.