Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Sentyabr 2007 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 2-də saat 21:30-dan 21:45-dək Tərtər rayonunun Qızıloba kəndinin 3 km. cənub-qərbində yerləşən mövqelərdən;
- saat 23:00-dan 23:40-dək Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin 2 km. şimal-şərqində yerləşən mövqelərdən;
- sentyabrın 3-də saat 00:30-dan 01:00-dək Füzuli rayonunun Qaraxanbəyli kəndinin 2 km. şimal-şərqində yerləşən mövqelərdən;
- saat 03:00-dan 03:20-dək və saat 03:55-dən 04:10-dək Ağdam rayonunun Yusifcanlı kəndinin cənubunda və cənub-şərqində yerləşən mövqelərdən;
- saat 04:55-dən 05:10-dək Ağdam rayonunun Mərzili kəndinin 4,4 km. cənub-şərqində yerləşən mövqelərdən;
- saat 05:30-dan 05:45-dək Xocavənd rayonunun Kuropatkino kəndinin 2,5 km. şimal-qərbində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.