Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Sentyabr 2007 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 31-də saat 16:48-dən 17:15-dək Tərtər rayonunun Yarımca kəndinin 1,5 km. cənub-şərqində yerləşən mövqelərdən;
- saat 16:40-dan 17:30-dək və saat 18:30-dan 19:05-dək həmin rayonun Çaylı kəndinin 1 km. şimal-şərqində yerləşən mövqelərdən;   
- saat 22:10-dan 22:45-dək Qızıloba kəndinin 3 km. cənub-qərbində yerləşən mövqelərdən;
- saat 22:10-dan 22:45-dək Ağdam rayonunun Sarıcalı kəndinin 0.5 km. şərqində yerləşən mövqelərdən;  
- saat 23:50-dən sentyabrın 1-i saat 00:50-dək və 02:10-dan 02:15-dək həmin rayonun Əhmədağalı kəndinin 3 km. cənub-qərbində yerləşən mövqelərdən;
- saat 02:10-dan 02:20-dək Şıxlar kəndinin 0.5 km. cənubunda yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.