Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Dekabr 2007 00:01

Müdafiə Nazirliyinin məlumatı

Dekabrın 26-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev İordaniya Kralı II Abdullanın Orta Asiya və Azərbaycan üzrə şəxsi nümayəndəsi cənab Abdulla Vureykəti qəbul etmişdir.
Müdafiə naziri qonağı salamlayaraq Azərbaycan və İordaniya ölkələri arasında əlaqələrin yüksək səviyyədə olduğunu və bunun daha da inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır.
Öz növbəsində qonaq İordaniyanın Azərbaycanı bütün məsələlərdə, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli yolunu dəstəklədiyini bildirmişdir.
Görüşdə regionda mövcud olan hərbi-siyasi vəziyyət, Azərbaycan-İordaniya hərbi əməkdaşlığının perspektivləri və digər məsələlər barəsində fikir mübadiləsi aparılmışdır.