Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Dekabr 2007 00:01

Müdafiə Nazirliyinin məlumatı

Dekabrın 11-də Azərbaycan Respublikasının Müdafiə Naziri general-polkovnik Səfər Əbiyev Belçika Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Frenk Qirkensi, Belçika Krallığı Silahlı Qüvvələrinin Azərbaycan Respublikasında yeni akkreditə olunmuş hərbi attaşesi polkovnik-leytenant Eddi Buğnusu, sonra isə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin təhlükəsizlik və tərksilah məsələləri üzrə departamentinin direktoru Anatoli Antonovu və Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Vasili İstratovu qəbul etmişdir.
Ayrı-arılıqda keçirilən hər iki görüşdə regionda mövcud olan gərgin vəziyyət və onları doğuran səbəblər müzakirə edilmişdir. Müdafiə Naziri Səfər Əbiyev Ermənistan hərbi qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin hələ də azad edilməməsini və bu məsələdə ikili standartların bu günədək hökm sürdüyünü qonaqların diqqətinə çatdırmışdır.