Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Estoniya Respublikasının Müdafiə naziri cənab Yaak Aaviksoonun dəvəti ilə dekabrın 4-dən 6-dək Tallin şəhərində rəsmi səfərdə olacaqdır.
Səfər proqramında Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, Estoniya Parlamenti və Silahlı Qüvvələrin Qərargahında görüşlər planlaşdırılmış, Estoniya Respublikasının Prezidenti cənab Tomas-Xendrik İlvesin də Azərbaycanın Müdafiə nazirini qəbul edəcəyi nəzərdə tutulmuşdur.
Səfər zamanı "Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Estoniya Respublikası Müdafiə Nazirliyi arasında hərbi əməkdaşlıq haqqında" anlaşma memorandumu imzalanacaqdır.