AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 3-də saat 23:10-dan dekabrın 4-ü saat 01:00-dək fasilələrlə Ağdam rayonunun Sarıcalı, Cəvahirli və Tağıbəyli kəndlərinin yaxınlığında yerləşən mövqelərdən;
- saat 00:40-dan 00:50-dək Füzuli rayonunun Alxanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.