Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Dekabr 2007 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 7-də saat 19:00-dan 19:05-dək Ermənistan Respublikası İcevan rayonu Berkaber kəndində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızılhacılı kəndi yaxınlığındakı mövqelərini;
- saat 19:00-dan 22:40-dək fasilələrlə Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin yaxınlığında yerləşən mövqelərdən;
- dekabrın 8-də saat 00:20-dən 00:25-dək Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 03:00-dan 05:50-dək fasilələrlə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.