Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Dekabr 2007 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 9-da saat 19:50-dən dekabrın 10-11-i saat 02:55-dək fasilələrlə Ağdam rayonu Cəvahirli kəndinin yaxınlığında yerləşən mövqelərindən;
- saat 20:40-dan 20:50-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin yaxınlığında yerləşən mövqelərindən;
- dekabrın 10-da saat 04:50-dən 04:55-dək və saat 06:00-dan 06:15-dək Füzuli rayonunun Horadiz vo Qaraxanbəyli kəndlərinin yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.