Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Dekabr 2007 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 10-da saat 10:35-dən dekabrın 11-i saat 03:15-dək fasilələrlə Xocavənd rayonu Kuropatkino kəndinin yaxınlığında yerləşən mövqelərindən;
- saat 15:10-dan 15:20-dək Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin yaxınlığında yerləşən mövqelərindən;
- dekabrın 11-də saat 06:00-dan 06:20-dək Füzuli rayonunun Horadiz və Alxanlı kəndlərinin yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.