Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Dekabr 2007 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 23-də saat 09:30-dan 09:35-dək Ermənistan Respublikası Berd rayonunun Ayqeovit kəndində yerləşən mövqelərindən Qazax rayonunun Balacəfərli kəndini;
- saat 08:50-dən 09:35-dək fasilələrlə Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərindən;
- saat 22:20-dən dekabrın 24-ü saat 01:50-dək fasilələrlə Füzuli rayonunun Qaraxanbəyli kəndinin yaxınlığında yerləşən mövqelərindən;
- saat 23:00-dan dekabrın 24-ü saat 02:40-dək fasilələrlə Ağdam rayonunun Cəvahirli, Şurabad və Mərzili kəndlərinin yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.