Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Dekabr 2007 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 25-də saat 11:40-dan 11:50-dək və dekabrın 26-da saat 04:00-dan 04:10-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərindən;
- dekabrın 26-da saat 00:50-dən 01:00-dək Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin yaxınlığında yerləşən mövqelərindən;
- saat 04:50-dən 05:20-dək Ağdam rayonunun Cəvahirli və Tağıbəyli kəndlərinin yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.