Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Dekabr 2007 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 26-da saat 21:00-dan 21:30-dək və saat 23:15-dən 23:45-dək Tərtər rayonunun Qızıl Oba və Çiləbürt kəndlərinin yaxınlığında yerləşən mövqelərindən;
- saat 22:05-dən 22:40-dək Ağdam rayonunun Tağıbəyli kəndinin yaxınlığında yerləşən mövqelərindən;
- saat 23:00-dan 23:30-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən;
- dekabrın 27-də saat 00:50-dən 00:55-dək və saat 01:05-dən 01:10-dək Xocavənd rayonunun Kuropatkino kəndinin yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.