NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:
- Balikəsr və İzmir şəhərlərində (Türkiyə) “Mina, Minalara qarşı mübarizə və Partlayıcı maddələr” üzrə kurs (28 aprel - 9 may );
- Kumsanqen şəhərində (İsveç) “BMT Mülki Qərargah zabitləri” kursu (28 aprel-9 may);
- Baumholder şəhərində (Almaniya) “Combined Endeavor 2008” təlimi (28 aprel - 15 may );
- Neapol şəhərində (İtaliya) “Dənizdə minalara qarşı mübarizə” mövzusunda kurs (29 aprel) keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.