Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Aprel 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 17-də saat 14:50-dən 15:30-dək Ermənistan Respublikası Berd rayonu Mosesqex kəndində yerləşən mövqelərdən  Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonu ərazisindəki mövqelərini;
- saat 16:30-dan 00:00-dək fasilələrlə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 22:00-dan aprelin 18-i saat 00:10-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Əbdülrəhmanlı və Qərvənd kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 04:40-dan  05:10-dək Ağdam rayonunun Cəvahirli və Tərtər rayonunun Qızıloba kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.