Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Aprel 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 22-də saat 14:15-dən  aprelin 23-ü saat 01:25-dək ara-sıra Ermənistan Respublikası Berd, İcevan və Noyemberyan rayonları sahəsində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz və Qazax rayonları ərazisindəki mövqelərini;
- saat 14:35-dən 14:45-dək və aprelin 23-də saat 07:10-dan 07:20-dək Ağdam rayonunun Mərzili və Yusifcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 14:45-dən 22:50-dək fasilələrlə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərdən;
- saat 21:50-dən aprelin 23-ü saat 00:45-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Əbdürrəhmanlı və Horadiz kəndləri yaxınlığında  yerləşən mövqelərdən;
- saat 21:45-dən  22:20-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 23:50-dən aprelin 23-ü saat 00:35-dək Tərtər rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.