Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Aprel 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 23-də saat 16:40-dan  aprelin 24-ü saat 00:30-dək ara-sıra Ermənistan Respublikası Berd və Krasnoselsk rayonları sahəsində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz və Gədəbəy rayonları ərazisindəki mövqelərini;
- saat 10:40-dan 23:45-dək fasilələrlə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərdən;
- saat 12:15-dən 21:20-dək ara-sıra Goranboy rayonunun Tapqaraqoyunlu kəndi  yaxınlığında yerləşən mövqelərdən;
- saat 12:15-dən aprelin 24-ü saat 00:45-dək fasilələrlə Ağdam rayonunun Mərzili, Şıxlar  və Yusifcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- aprelin 24-də saat 02:00-dan 03:45-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Əbdürrəhmanlı kəndi yaxınlığında  yerləşən mövqelərdən;
- saat 00:45-dən 04:20-dək Tərtər rayonunun Çiləbürt və Qızıloba kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.