Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Aprel 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 25-də saat 11:50-dən  gecə saat 00:00-dək fasilələrlə Ermənistan Respublikası Berd, Krasnoselsk və Noyemberyan rayonları sahəsində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz, Gədəbəy və Qazax rayonları ərazisindəki mövqelərini;
- aprelin 26-da saat 00:10-dan 00:30-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 00:30-dan 00:40-dək Ağdam rayonunun Mərzili kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 00:30-dan 06:05-dək fasilələrlə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.