Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Aprel 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 27-də saat 11:50-dən  19:55-dək ara-sıra Ermənistan Respublikası Berd və İcevan rayonları ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz və Qazax rayonları sahəsində yerləşən mövqelərini;
- saat 12:40-dan 12:50-dək Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;  
- saat 17:55-dən 18:15-dək və saat 21:00-dan 21:30-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən;  
- saat 22:30-dan aprelin 28-i saat 01:30-dək fasilələrlə Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Kurapatkino kəndində yerləşən mövqelərdən;  
- saat 22:30-dan 23:15-dək Ağdam rayonunun Mərzili və Yusifcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- aprelin 28-də saat 00:50-dən  07:05-dək ara-sıra Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.