Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 May 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 16-da  saat 11:50-dən 18:05-dək fasilələrlə Ermənistan Respublikası  Berd  rayonu ərazisindəki adsız yüksəkliklərdə,   Çinari və Mososqex kəndləri ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin  Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə, Koxa Nəbi, Ağdam və Əlibəyli  kəndləri sahəsində  yerləşən   mövqelərini;
- saat 19:15-dən 19:40-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən  Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.