Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 May 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 18-də saat 13:10-dan 21:25-dək  Ermənistan  Respublikası Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə və  Mososqex kəndi, Noyemberyan rayonu  Voskevan kəndi sahəsindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz   rayonu ərazisindəki adsız yüksəkliklərdə, Ağdam və Koxa Nəbi, Qazax rayonunun Quşçu Ayrım və Cəfərli kəndləri sahəsindəki  mövqelərini;
- saat 16:00-dan mayın 19-u saat 02:30-dək fasilələrlə Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;  
- saat 19:20-dən  19:25-dək  Ağdam rayonunun Mərzili  kəndi yaxınlığında yerləşən mövqelərdən;  
- saat 23:30-dan 23:45-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;  
- mayın 19-da saat 00:01-dən 00:20-dək Tərtər rayonunun Çiləbürt  kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur