Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 May 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 19-da saat 09:25-dən  23:10-dək fasilələrlə Füzuli  rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 11:25-dən mayın 20-si saat 03:25-dək fasilələrlə Ermənistan Respublikası  Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə, Çinari və Mososqex  kəndləri sahəsindəki  mövqelərdən Azərbayсan Silahlı Qüvvələrinin Tovuz rayonunun Ağdam, Koxa Nəbi və Əlibəyli kəndləri  sahəsində yerləşən  mövqelərini;
- saat 18:15-dən  mayın 20-si saat 03:40-dək ara-sıra Tərtər rayonunun Qızıloba və Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 18:45-dən 19:00-dək Goranboy rayonunun Borsunlu kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 21:30-dan mayın 20-si saat 00:25-dək ara-sıra Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərdən;  
- saat 21:30-dan 21:40-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.