Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 May 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 21-də saat 17:55-dən  20:30-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə, Mososqex, Ayqedzor və Çinari kəndləri sahəsindəki  mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə, Koxa Nəbi, Ağdam və Ağbulaq kəndləri yaxınlığında yerləşən  mövqelərini;
- saat 17:05-dən 17:20-dək və saat 20:30-dan 20:45-dək  Goranboy  rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında  yerləşən mövqelərdən;  
- saat 17:30-dan 17:35-dək Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;  
- saat 23:45-dən  mayın 22-si   saat 03:26-dək  Tərtər   rayonunun Qızıloba   kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.