Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 May 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 22-də saat 07:15-dən 20:00-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu Çinari və Mososqex kəndləri, Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə və Berdavan kəndində,  İcevan  rayonu Berkaber kəndi sahəsindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Ağdam və Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Quşçu Ayrım və Kəmərli kəndləri yaxınlığında yerləşən mövqelərini;
- saat 17:20-dən 19:40-dək  Goranboy  rayonunun Tapqaraqoyunlu və Borsunlu  kəndləri yaxınlığında  yerləşən mövqelərdən;  
- saat 07:20-dən 07:45-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 20:45-dən 21:00-dək Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən;  
- mayın 23-də saat 04:00-dan 04:30-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.