Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 May 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 23-də saat 11:00-dan 17:45-dək fasilələrlə   Ermənistan Respublikası  Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Mososqex  kəndində,  Krasnoselsk  rayonu ərazisindəki adsız yüksəkliklərdə  yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy və Tovuz rayonlarının  ərazisindəki adsız yüksəkliklərdə yerləşən  mövqelərini;
-saat 23:30-dan 23:55-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə  yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.