Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 May 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 25-də saat 08:05-dən  23:25-dək fasilələrlə   Ermənistan  Respublikası Berd rayonu  Mososqex kəndi, Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə və Voskepar kəndi sahəsindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə və Əlibəyli kəndi,  Qazax rayonunun Quşçu Ayrım və Aşağı Əskipara  kəndləri sahəsindəki  mövqelərini;
- saat 23:25-dən 23:50-dək  Xocavənd   rayonunun Kuropatkino   kəndi yaxınlığında  yerləşən mövqelərdən;  
- saat 19:20-dən mayın 26-sı saat 00:30-dək ara-sıra Tərtər rayonunun Qızıloba və Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.