AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Sentyabrın 18-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri cənab Mətyu Brayzanı qəbul etmişdir.
Görüş zamanı Müdafiə naziri ilə Mətyu Brayza arasında regionda hərbi-siyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsi müzakirə olunmuşdur.
Görüşdə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Enn Dörsi iştirak etmişdir.