Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Sentyabr 2008 00:02

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikası ilə Almaniya arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Raynbax şəhərində Almaniya Federal Silahlı Qüvvələrinin rabitə sistemi ilə tanışlıq-ekspert danışıqları (16-19 sentyabr);
Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları  arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Qarmiş şəhərində (Almaniya) Koalisiya Əməliyyatlarının Hüquqi Tərəfləri mövzusunda konfrans (16-18sentyabr); Bakı şəhərində partladılmamış döyüş sursatlarının zərərsizləşdirilməsi əməliyyatları mövzusunda seminar (22-26sentyabr); ABŞ Hərbi Mülki Əməliyyatlar Mərkəzinin ekspertlərinin HDQ və Dövlət Sərhəd Xidmətinin nümayəndələrindən ibarət müvafiq işçi qrupunun iclası (22-26 sentyabr); Çavuş hazırlığı kursu (22-27 sentyabr);
Azərbaycan Respublikası ilə Qırğızıstan arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Bişkek şəhərində Hərbi texniki əməkdaşlıq məsələləri üzrə təcrübə mübadiləsi, məsləhətləşmələrin aparılması üzrə ekspertlərin işçi görüşü (22-26 sentyabr);
Azərbaycan Respublikası ilə Türkiyə arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Bakı şəhərində Azərbaycan Respublikası Hərbi Hava Qüvvələri Mərkəzi Komanda Məntəqəsinin NATO standartlarına uyğun olaraq modernləşdirilməsi və təşkil edilməsi mövzularında danışıqlar (22-26 sentyabr); Ankara şəhərində Eternity 2008 Kompüter Dəstəkli Komanda Qərargah təlimi (22-26 sentyabr) keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.