Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Sentyabr 2008 00:02

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikası ilə Qazaxıstan arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Bakı şəhərində Qazaxıstan hərbi qulluqçularının Azərbaycan Respublikasının hərbi tədris müəssisələrində təhsil alması imkanları məsələlərinin müzakirəsi (01-04 sentyabr); Qazaxıstan HDQ gəmilərinin təmiri ilə bağlı işçi görüşü (08-10 sentyabr);
Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Bakı şəhərində Strateji Tibbi Planlaşdırma üzrə seminar (01-05 sentyabr); ABŞ-NATO daxilindəki hərbi təşkilatın strukturu, işlər və standartlaşdırma mövzusunda seminar (09-11 sentyabr); Moyak şəhərində Dəniz Anti-Terror Operatoru üzrə ixtisas artırma kursu (04-30 sentyabr);
Azərbaycan  Respublikası ilə Türkiyə arasında imzalanmış ikitərəfli  əməkdaşlıq planına uyğun olaraq Altınova və Yalova şəhərində “Kiçik çaplı və Hava Hücumundan Müdafiə Silahları” kursu (01-12 sentyabr); Balıkəsir şəhərində Mina gəmilərində növbə zabitinin təlim kursu (01-26 sentyabr); Egirdir və İsparta şəhərində Komando təməl  kursu (01 sentyabr-14 noyabr); Ankara şəhərində “Oftalmologiya üzrə ixtisas təlimi” (01 sentyabr 2008- 01 sentyabr 2013); İstanbul şəhərində “HHM zabitləri üçün təməl kursu”; “Zabitlər üçün hava nəqliyyatı üzrə kurs” (04 sentyabr 2008 - 04 fevral 2009); Foça və İzmir şəhərində Desant gəmilərində növbə zabitinin təlim kursu; Dəniz piyadası taborunun zabitlərinin amfibiya təməl kursu (08 sentyabr-17 oktyabr); İzmir şəhərində “Orta səviyyəli ingilis dili kursu” (08sentyabr 2008- 19 iyun 2009); “Başlanğıc ingilis dili kursu” (08 sentyabr 2008-31 iyul 2009);
Azərbaycan Respublikası ilə Pakistan arasında imzalanmış ikitərəfli  əməkdaşlıq planına uyğun olaraq Himalaya şəhərində Gəmi Dalğıcı kursu (01 sentyabr-22 noyabr);
Azərbaycan Respublikası ilə Almaniya arasında imzalanmış ikitərəfli  əməkdaşlıq planına uyğun olaraq Ahlen şəhərində 22-ci Tibb Alayının ziyarəti və təlim-tədris prosesinin müşahidəsi (08-14 sentyabr);
Azərbaycan Respublikası ilə Böyük Britaniya  arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Dartmoth şəhərində İngilis Dili kursu, Kral HDQ gənc zabit kursu (08 sentyabr 2008-31iyul 2009) keçirilir.
Azərbaycan Respublikası ilə Rusiya arasında təhsil üzrə proqrama əsasən Tver, Tula, Penza, Smolensk şəhərlərində hərbi ixtisaslar üzrə hərbi təhsil (10 sentyabr 2008).
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.