Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 İyul 2008 00:01

Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində:
- Karlovaç şəhərində (Xorvatiya) "Təhlükəsizlik siyasəti və Əməliyyat tələbləri" mövzusunda seminar (22 -23 iyul) keçirilir.
Azərbaycan Respublikası ilə Türkiyə  arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq İzmir/Menteş şəhərində AAHM kursantlarının Türkiyə Quru Qoşunları Hərbi Məktəbinin ATAT/Menteşdəki təlimlərində iştirak (21-28 iyul); Ankara şəhərində "Qafqaz Qartalı" Birləşmiş Xüsusi Təyinatlı Qüvvələrin Təliminin İlkin və Əsas Planlaşdırma Konfransı (30-31 iyul);
Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Bəhrein  şəhərində Bəhrein Krallığının dənizdə qadağa fəaliyyəti üzrə gəmidə müşahidə tədbiri (22 iyul-30 avqust); Bakı şəhərində "Sülhməramlı əməliyyatlar zamanı Tibbi təminat" mövzusunda seminar (28 iyul-01 avqust); "Birgə əməliyyat qrupunun təşkili və vəzifələri" mövzusunda seminar (28 iyul-01 avqust);
Azərbaycan  Respublikası ilə Litva arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Vilnus şəhərində "Beynəlxalq Kapitanlar" kursu (28 iyul -21 dekabr) keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.