Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 İyul 2008 00:01

Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:
-  Krit adası, Souda körfəzi (Yunanıstan) “Hərbi Dəniz Qüvvələri əməliyyatları üzrə ingilis dili” kursu  (14 iyul - 03 avqust);      
- Tbilisi  şəhərində (Gürcüstan) “İmmediate Response 08” təlimi (15-31 iyul) keçirilir.
Azərbaycan Respublikası ilə Ukrayna  arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Odessa şəhərində “Sea Breeze 08” təlimi (14-28 iyul);
Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Bakı şəhərində “Maddi-Texniki Təminat” mövzusunda seminar (14-18 iyul); Yuta  şəhərində  “Regional Response 09” təliminin Əməliyyat planının hazırlanması üzrə planlaşdırma konfransı  (14-18 iyul);
Azərbaycan Respublikası ilə Almaniya arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Bakı şəhərində “Mülki Təhsil və Liderlik- Mülki Şəxslərin Silahlı Qüvvələrdə karyera strukturu” mövzusunda seminar (14-16 iyul );
Azərbaycan Respublikası ilə Rumıniya arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Predeal şəhərində “Dağa dırmanma təlimatçıları” kursu (14 iyul-01 avqust);
Azərbaycan Respublikası ilə Türkiyə arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq İstanbul şəhərində “Tabur Komandirliyi” kursu (14 iyul-08 avqust);
Azərbaycan Respublikası ilə Belarus arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Bakı şəhərində Silahlı Qüvvələrin Fəaliyyətinin Hüquqi təminatı üzrə işçi görüşü (17-19 iyul) keçirilir.  
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.