Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Sentyabr 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 21-də saat 08:30-dan 08:45-dək, 19:50-dən 20:10-dək və 23:30-dan 23:40-dək Ermənistan Respublikası Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Mosesqex kəndi, Noyemberyan rayonu Vazaşen kəndi ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə və Əlibəyli  kəndi, Qazax  rayonunun Bala Cəfərli kəndi ərazisində yerləşən mövqelərini;
- saat 22:10-dan 22:30-dək Tərtər  rayonunun Seysulan  kəndi yaxınlığında  yerləşən mövqelərdən;
- sentyabrın 22-də saat 01:55-dən 02:25-dək Füzuli və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 03:10-dan 03:20-dək Ağdam rayonunun Baş Qərvənd kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.