Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Sentyabr 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 19-da saat 23:25-dən 23:55-dək Füzuli rayonunun Aşağı Veysəlli və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 23:10-dan 23:50-dək Cəbrayıl rayonunun Cocuq Mərcanlı  kəndi yaxınlığında  yerləşən mövqelərdən;
- sentyabrın 20-də saat 05:10-dan 05:25-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.