Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 İyul 2008 00:01

Müdafiə Nazirliyinin məlumatı

Bu il may ayının 20-dən 26-dək NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (OCC) çərçivəsində Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş Azərbaycan Silahlı Qüvvələri bölüyünün 1-ci səviyyəli NATO qiymətləndirməsi təlimi keçirilmişdir. NATO-nun Birləşmiş Qüvvələr Komandanlığının 6 zabiti qiymətləndiricilər qrupunun üzvü qismində təlimi yaxından izləyə bilmişlər.  
Şərti ssenariyə uyğun olaraq NATO uyarlığının 15 elementi üzrə tapşırıq (arama və axtarma, humanitar yüklərin müşaiyyət edilməsi, yerli əhali ilə münasibətlər, iğtişaşlar zamanı davranış qaydaları, media ilə ünsiyyət, obyektlərin mühafizəsi, nəzarət-buraxılış məntəqələrinin yaradılması, qanunsuz maddələrin aşkarlanması, vertolyotla evakuasiya, hərbi-mülki əməkdaşlıq, partlayıcı maddələrin aşkarlanması zamanı hərəkət tərzləri, şübhəli şəxslərin axtarılması, hücumun təşkili və aparılması, ingilis dilinin səviyyəsi və s.) icra edilmişdir.
Artıq NATO-nun Birləşmiş Qüvvələr Komandanlığının qiymətləndiricilər qrupuna daxil olan ekspertlərin hesabatı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə təqdim edilmişdir. Hesabatda Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş Azərbaycan Silahlı Qüvvələri bölüyünün 1-ci səviyyəli NATO qiymətləndirməsinin uğurla yerinə yetirildiyi qeyd edilmişdir.