Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Sentyabr 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 8-də saat 13:30-dan 13:35-dək  Ermənistan Respublikası Berd rayonunun Ayqepar kəndi  ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Əlibəyli  kəndi  ərazisində yerləşən mövqelərini, saat 18:20-dən 18:45-dək  Ermənistan Respublikası İcevan, Noyemberyan rayonlarının Berkaber və  Voskevan kəndləri ərazisində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax  rayonunun Qızılhacılı və Quşçu Ayrım kəndləri  ərazisində yerləşən mövqelərini;
- sentyabrın 8-də saat 18:10-dan 18:35-dək  Füzuli rayonunun  Qərvənd kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 19:15-dən 19:20-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 21:20-dən 21:35-dək Tərtər  rayonunun Göyarx kəndi yaxınlığında  yerləşən mövqelərdən;
- saat 22:20-dən 22:30-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 22:30-dan 22:45-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında  yerləşən mövqelərdən;
- saat 23:25-dən 23:35-dək Xocavənd  rayonunun Kuropatkino kəndi yaxınlığında  yerləşən mövqelərdən;
- sentyabrın 9-da saat 00:30-dan 00:45-dək Tərtər rayonunun  Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 01:30-dan 01:40-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.