Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Sentyabr 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 7-də saat 18:45-dən 18:50-dək və sentyabrın 8-də saat 04:20-dən 04:35-dək  Ermənistan Respublikası Noyemberyan və Berd  rayonlarının Voskepar, Çinari kəndləri ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Əskipara və Tovuz rayonun  Koxanəbi  kəndləri  ərazisində yerləşən mövqelərini;
- sentyabrın 7-də saat 19:12-dən 19:17-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.