Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Sentyabr 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 5-də saat 06:35-dən 06:50-dək və 09:00-dan 09:15-dək  Ermənistan Respublikası Berd və Noyanberyan  rayonlarının Çinari, Voskepar kəndləri ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin  Tovuz rayonunun  Koxanəbi və Qazax rayonunun Əskipara  kəndləri  ərazisində yerləşən mövqelərini;
- sentyabrın 5-də saat 21:30-dan 21:55-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;  
- saat 22:55-dən 23:10-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən;  
- saat 23:10-dan 23:18-dək Ağdam  rayonunun Mərzili kəndi yaxınlığında  yerləşən mövqelərdən;
- sentyabrın 6-da saat 00:15-dən 00:17-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 05:45-dən 05:55-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən;  
- saat 06:00-dan 06:05-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.