Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Sentyabr 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 4-də saat 11:10-dan 11:20-dək fasilələrlə  Ermənistan Respublikası İcevan rayonunun Azatamut və Berkaber  kəndləri ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Cəfərli və Qızılhacılı kəndi ərazisində yerləşən mövqelərini, saat 20:25-dən 21:45-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonunun Çinari kəndi ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxanəbi kəndi ərazisində yerləşən mövqelərini;
- sentyabrın 4-də saat 17:00-dan 17:20-dək Ağdam  rayonunun Yusifcanlı kəndi yaxınlığında  yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.