Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Sentyabr 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 3-də saat 01:45-dən  02:25-dək  Ermənistan Respublikası Berd rayonu Çinari kəndi ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun adsız yüksəkliklərində və Koxanəbi kəndi ərazisində yerləşən mövqelərini;
- sentyabrın 2-də saat 08:20-dən 08:30-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;
 - sentyabrın 3-də saat 04:55-dən 05:10-dək Ağdam rayonun Mərzili kəndi və Füzuli rayonun Qorqan kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.