Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Sentyabr 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 31-də saat 18:40-dan 19:45-dək, fasilələrlə Ermənistan Respublikası Berd rayonu Mosesqex və Çinari kəndləri ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Əlibəyli və Ağdam  kəndləri ərazisində yerləşən mövqelərini;
- avqustun 31-də saat 15:30-dan 15:35-dək və sentyabrın 1-də saat 01:55-dən 02:10-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.