AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
İyulun 8-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Müdafiə Nazirliyinin Müdafiə Sənayesi müşaviri Murad Bayarı qəbul etmişdir.
Nazir S.Əbiyev Azərbaycan müstəqillik qazandıqdan sonra Türkiyə ilə iqtisadi-siyasi və hərbi əməkdaşlıq sahəsində əldə edilən böyük nəticələrdən söhbət açmışdır. Görüş zamanı hərbi sənaye sahəsində mövcud əlaqələrin dərinləşdirilməsi ətrafında da geniş fikir mübadiləsi aparılmışdır.