Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 İyul 2008 00:01

Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:
- Antalya  şəhərində (Türkiyə) “İpək Yolu-2008” Generallar və Admirallar üçün seminar  (07-10 iyul);      
- Bakı  şəhərində “Qırmızı Xaç Komitəsi tərəfindən Beynəlxalq Humanitar hüquq üzrə” təlim kursu  (07-11 iyul); Azərbaycan-İordaniya Birgə Komissiyasının görüşü (13-18 iyul);
- Kill, Hamburq  şəhərində (Almaniya Federativ Respublikası) HDQ ilə tanışlıq (08-10 iyul);
- Brüssel  şəhərində (Belçika) Azərbaycanın FTƏP üzrə qiymətləndirmənin yekun iclası, 26+1 formatında  (09 iyul);
- Nijniy Taqil  şəhərində (Rusiya) Rusiya silahlanma sərgisi (09-12 iyul) keçirilir.
Azərbaycan Respublikası ilə Türkiyə  arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Ankara şəhərində Hərbi Hava Qüvvələri əməkdaşlıq toplantısı  (07-09 iyul); İstanbul şəhərində Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin 3-cü kurs kursantlarının “Açıq Dəniz” təlimində iştirak (12 iyul-08 avqust);
Azərbaycan Respublikası ilə Rumıniya arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Bakı  şəhərində  Müdafiə Nazirliyinin mülki işçilərinin vəzifə strukturunun inkişaf etdirilməsi üzrə məsləhətləşmələr (07-10 iyul); Predeal şəhərində  “Kəskin relyef və iqlim şəraitində hərbi əməliyyatlar” kursu (07-18 iyul);
Azərbaycan  Respublikası ilə Pakistan arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Pişavar şəhərində “Ləpirçi” kursu (07 iyul-02 avqust);
Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Bakı şəhərində Hərbi tədarüklər üzrə idarəetmə mövzusunda seminar (09-11 iyul) keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.