Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 İyul 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 27-də saat 23:25-dən 23:30-dək və iyulun 28-də saat 03:10-dan 03:20-dək Ermənistan Respublikası İcevan rayonu Berkaber, Noyemberyan rayonu Voskepar kəndləri ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Əskipara kəndi ərazisində yerləşən mövqelərini;
- saat 22:10-dan 22:20-dək və iyulun 28-də saat 03:10-dan 03:20-dək Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Bağanis Ayrım kəndi yaxınlığında yerləşən mövqelərdən;  
- saat 23:30-dan 00:45-dək və 05:45-dən 06:05-dək ara-sıra Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərdən;
- saat 22:00-dan 22:30-dək Tərtər rayonunun Seysulan kəndi yaxınlığında yerləşən mövqelərdən;  
- saat 23:45-dən 00:25-dək fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Veysəlli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.