Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 İyul 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 24-də saat 11:00-dan 11:15-dək və 18:20-dən 18:40-dək fasilələrlə Ermənistan Respublikası Noyemberyan rayonu Şavarşavan kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Fərəhli kəndi ərazisində yerləşən mövqelərini;
- saat 16:15-dən 16:30-dək və iyulun 25-də saat 00:00-dan 00:15-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 22:00-dan 22:30-dək Füzuli rayonunun Qərvənd kəndi yaxınlığında yerləşən mövqelərdən;
- iyulun 25-də saat 03:00-dan 03:15-dək Ağdam rayonunun Yusifcanlı və Mərzili kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.