Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 İyul 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 23-də saat 23:05-dən 23:20-dək və 23:25-dən 23:45-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Əbdurrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 23:55-dən iyulun 24-də saat 00:10-dək ara-sıra Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 20:30-dan 21:40-dək Ağdam rayonunun Əhmədağalı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.