Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 İyul 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 22-də saat 14:20-dən 14:30-dək və iyulun 23-də saat 00:00-dan 00:05-dək Ermənistan Respublikası İcevan rayonu Berkaber, Noyemberyan rayonu Voskevan kəndləri ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızılhacılı və Quşçu Ayrım kəndləri ərazisində yerləşən mövqelərini;
- saat 17:20-dən 17:25-dək və 23:00-dan 23:15-dək ara-sıra Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 21:30-dan 21:55-dək, 22:40-dan 22:50-dək və iyulun 23-də saat 00:00-dan 00:10-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Veysəlli və Alxanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 04:30-dan 05:00-dək Ağdam rayonunun Şurabad kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.