Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 İyul 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 21-də saat 17:15-dən 17:30-dək, 19:40-dan 19:55-dək və saat 21:40-dan 21:50-dək Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonu Berkaber kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə və Qazax rayonunun Qızılhacılı kəndi ərazisində yerləşən mövqelərini;
- saat 21:25-dən 21:35-dək və iyulun 22-də saat 03:10-dan 03:15-dək, 05:50-dən 05:55-dək Ağdam rayonunun Yusifcanlı və Mərzili kəndləri yaxınlığında yerləşən mövqelərdən;  
- saat 23:45-dən 23:50-dək və iyulun 22-də saat 00:35-dən 00:50-dək, 05:50-dən 06:00-dək ara-sıra Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və  Kuropatkino kəndində yerləşən mövqelərdən;
- saat 00:30-dan 00:45-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.